Allahşükür Paşazadə: Ola bilər ki, Roma Papasının dəfnində iştirak edim, amma dəqiq deyil
Allahşükür Paşazadə Roma Papasının dəfnində iştirak edəcək?
“Roma Papasının dəfnində iştirak edib-etməyəcəyimi bilmirəm. Ola bilər, iştirak edim”.
Bu sözləri Sizinxeber.az-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
“Biz Roma Papası üçün dua oxuyub, onun ruhunu yad edirik. Papanın müsəlmanlara, azərbaycanlılara, Azərbaycan rəhbərliyinə olan münasibəti çox yüksək idi. Həmişə Prezidentimizi soruşar, Heydər Əliyev Fondunun etdiyi işlərlə maraqlanardı. Papa Fransisk Heydər Məscidinə gəlib orada bizimlə görüş keçirmişdi. Biz də ona Quran hədiyyə etdik. Onun bütün dinlərə münasibəti yaxşı idi. Papa Fransisk çox böyük şəxsiyyət idi. O bütün dünyada sülhü, qardaşlığı istəyən insan olub. Məni Vatikana dəvət etmişdi. Bəhreyndə, Qazaxsıtanda və digər yerlərdə də görüş keçirmişik. Ümid edirəm, yeni seçilən Papa da gələcəkdə Fransiskin təməlini qoyduğu dostluq münasibətlərini davam etdirəcək”, - şeyxülislam qeyd edib.
Şeyxülislam Roma Papası qeyd edib ki, yaxın vaxtlarda görüşləri planlaşdırılırmış: “Bir ay bundan əvvəl Papa məni dəvət etmişdi. Dini konfenssiyalarla bərabər biz görüşməli idik. Ancaq xəstəliyi buna imkan vermədi. Bu gün gəlib yəhudi, xristian dinlərinin nümayəndələrinin başsağlığı vermələri bizim birliyimizi, tolerantlığımızı göstərir. Allah bütün dünyada sülhü bərqərar eləsin. Azərbaycan xalqını və onun rəhbərini qorusun”, - sədr vurğulayıb.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb
Allahşükür Paşazadə Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb - FOTO
Şeyxülislam Allahşükür Paşazadə sabah Özbəkistana səfər edəcək
Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək
Allahşükür Paşazadə Patriarx Kirillə Qarabağ xalçası bağışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












