Gəncədə yəhudilər Pesax bayramını qeyd edir
sizinxeber.az xəbər saytı

Gəncədə yəhudilər Pesax bayramını qeyd edir


Aprelin 10-dan etibarən dünya yəhudiləri Pesax bayramını qeyd etməyə başlayıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycanın qərb bölgəsində yaşayan yəhudi icmasının üzvləri də Gəncədəki Yəhudi Dini İcmasında bir araya gələrək bayram münasibətilə tədbir keçiriblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən qayğı və diqqətdən bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada yəhudilərin milli və dini bayramları yerli əhali ilə birlikdə təntənəli şəkildə qeyd olunur.

Qeyd edək ki, hazırda ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə 200-dən çox yəhudi ailəsi yaşayır. Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir.

Oxşar xəbərlər

Azərbaycanda yaşayan pravoslavlar Milad bayramını qeyd edirlər - FOTO
Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
Gəncədə Milad bayramı qeyd edilib - FOTO
Gəncədə Milad bayramı qeyd edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər