Azərbaycan nümayəndə heyəti Brüsseldə dinlərarası konfransda iştirak edir - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
18:50

Azərbaycan nümayəndə heyəti Brüsseldə dinlərarası konfransda iştirak edir - FOTO

06 mar, 2025
18:50
718

Azərbaycan nümayəndə heyəti Brüsseldə dinlərarası konfransda iştirak edir - FOTO

Belçikanın Brüssel şəhərində "İslam dünyası 2025 Belçika krallığında və Avropada" dinlərarası beynəlxalq konfransı başlayıb.

Sizinxeber.az xəbər verir ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir.

Konfrans çərçivəsində mart ayının 6-da Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib, mədəniyyətlərarası, dinlərarası dialoqun vacibliyi, tolerantlılıq prinsipinə uyğun olaraq birgə yaşayışın aspektləri vurğulanıb.

Şeyxülislam Avropa parlamentinin deputatı Volter Bekenin simasında bütün Avropa Parlamentinin deputatlarını işğaldan azad edilmiş ərazilərə dəvət edib, 30 il ərzində bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandallıqları gəlib gözləri ilə görməyi tövsiyyə edib.

Görüşdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev çıxış ediblər.

Bizimlə əlaqə saxlayın