Milix Yevdayev: Azərbaycan nadir dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib
Azərbaycan dünyada nadir dövlətlərdən biridir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Din xadimlərinin forumunda "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirədə deyib.
"Bu harmoniya bizi ən tolerant ölkələrdən biri kimi tanıdıb. Dördmərtəbəli yəhudi dini mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bu mərkəzin tikintisinin bütün maliyyəsi dövlət hesabına təmin edilir", - deyə M.Yevdayev əlavə edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə söyləyib ki, Azərbaycanda antisemitizmin olmadığına inanmayanlar var:
"Bəzən xarici ölkələrdən Azərbaycana gələnlər sual edirlər ki, necə ola bilər, əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlətdə digər dini icmalarla problemlər yaşanmır. Düşünürlər ki, biz nəyi isə gizlədirik. Halbuki, həqiqətən də, Azərbaycanda bütün dini icmalar əmin-amanlıq içərisində yaşayırlar. Kilsələri və sinaqoqları silahlı şəxslər deyil, xalq özü qoruyur".
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə bildirib ki, hazırkı cəmiyyət üçün elmdən ideologiyaya, eyni zamanda ideologiyadan elmə qatqılar vacibdir:
"İdeoloji təhlükələrə hazır olmaq üçün tək dövlətin fəaliyyəti ilə kifayətlənmək effektiv deyil. Mədəni birləşmə, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənəsinin dünyaya çatdırılması önəmli faktorlardır".
Müzakirələrdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri yepiskop Aleksiy Smirnov da iştirak ediblər.
Oxşar xəbərlər
Rəvan Həsənov: İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar
Din Xadimlərinin Forumunda dünyəvi dövlətdə dini təhsil modelləri müzakirə edilib
Zamir İsayev: Azərbaycan multikulturalizm və milli azlıqlara münasibətinə görə Avropaya ən yaxşı örnəkdir
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












