Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 25-də Ağcabədi rayonunda vətəndaşları qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın və Cəbrayıl rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatı, İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini təhsil və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Oxşar xəbərlər

Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib
Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib
Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər