Qafqaz Müsəlmanları İdarəsinin sədri Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.
"Sizinxeber.az"un Rusiya bürosunun məlumatına görə, mükafatlandırma mərasimi Patriarxın Moskvadakı iqamətgahında baş tutub.
QMİ sədri 75 illik yubileyi münasibətilə dinlərarası dialoqun inkişafında və cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə yüksək mükafata layiq görülüb.
“Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm, çünki siz postsovet məkanında görkəmli din xadimisiniz. Kilsəmizə və şəxsən mənə yaradılan gözəl atmosfer dünyada müxtəlif növ münaqişələrin baş verdiyi bir vaxtda gündəmdə olan bütün məsələlərdə razılığa gəlməyə kömək etdi”, - patriarx qeyd edib.
O, həmçinin qeyd edib ki, xristianlar və müsəlmanlar arasında münasibətlər sülh və mehriban qonşuluq üçün mühüm amildir.
Şeyxülislam öz növbəsində Rus Pravoslav Kilsəsinin rəhbərinə yüksək mükafata görə təşəkkür edib və Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb.
O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb. A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından xoş sözlər və salamlarını çatdırıb.
QMİ sədri Qarabağ xalçasını Rus Pravoslav Kilsəsinə hədiyyə edib.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər də iştirak ediblər.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin rəhbərinə Qarabağ xalçası bağışlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadənin 75 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə sabah Rusiyaya gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının iclasına qatılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












