sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi
Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru Gülnaz Mahmudzadə işdən çıxarılıb.
Sizinxeber.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Gülnaz Sədulla qızı Mahmudzadə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Onun yerinə Yasər Məhəmməd oğlu İbadov təyin edilib.
Qeyd edək ki, Yasər İbadov təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifələrində çalışıb.

Oxşar xəbərlər
Xaçmaza yeni polis rəisi təyin olunub
Vaqif Əsədovun yerinə TƏYİNAT
İki rayona Mühafizə İdarəsinin rəisi təyin edilib
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNATLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











