Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2025
09:54
0
0
2 282

Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər

19 mar, 2025
09:54
2 282

Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər

Sizinxəbər.Az xəbər verir ki, Martın 18-də Lənkəran şəhər T.Bayraməlibəyov adına 2nömrəli məktəbin 3b sinfində  Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. 
İbtidai sinif müəllimi Şeyda Tahirovanın təşkilatçılığı ilə hazırlanmış tədbirdə 3 "b" sinif şagirdləri çıxış edib. Milli geyimdə olan qız və oğlanlar bayram atributları ilə bəzədilmiş səhnədə Novruzun qədim tarixindən, çərşənbələr, maraqlı adət və inanclardan danışıblar. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar söyləyib, rəqslər ifa ediblər. Şagirdlərin qurduğu səhnəciklər də müəllim kollektivinə xoş təsir bağışlayıb.
Milli geyimdə olan qızlar haxışta söyləyib, qədim adət-ənənələrimizi əks etdirən səhnəciklər göstəriblər. Daha sonra Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl səhnəyə gələrək öz məzəli oyunlarını nümayiş etdirib, məktəb müəllimləri ilə yumurta da döyüşdürüblər. Kosa ilə Keçəlin duzlu-məzəli çıxışları tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb, tədbirə xoş abu-hava bəxş edib.
Tədbir şagirdlərin “Yallı” rəqsini ifa etməsi ilə yekunlaşıb.



 

Bizimlə əlaqə saxlayın