Speys TV-yə xəbərdarlıq edildi
Oktyabrın 9-da Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, “Space TV”nin efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib ki, bununla da, "Media haqqında" qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Audiovizual Şura müzakirələrdən sonra “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Oxşar xəbərlər
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Rus İcması: Bizim rəşadətli, şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












