Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya: "Hədiyyə ancaq qadın müğənnilər üçündür"
"Baləlinin maşın almağından xəbərim yoxdur. Mübarəkdir, sağlığına qismət olsun".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Ağamirzə həmkarı Baləlinin 255 min manatlıq avtomobilindən danışarkən deyib.
Ağamirzə Baləlinin hazırda həbsdə olan Rəşad Dağlının ailəsinə ciddi dəstək olduğunu bildirib:
"Cavandır, xeyirxah adamdır, Rəşada necə dəstək olur?! Rəşadın övladlarına əl tutur, Allah onu qorusun. Bizim dövrün meyxanaçılarında maşın sürməyə həvəs yox idi. Elə indi də, həftələrlə maşını qarajdan çıxartmıram”.
"Səhnəyə təzə gələn meyxanaçı 255 min manata maşını necə ala bilər” sualına cavab olaraq Ağamirzə deyib ki, ağlı başında olan hər kəs ala bilər:
"Borcla, kreditlə də olsa, alırlar. Təki zir-zibillərdən, pis işlərdən uzaq olsunlar. Maşınları, evləri, bağları olsun ki, başqa şeyə vaxt ayırmasınlar. Meyxanaçaıya kim bahalı hədiyyə edər? Hədiyyə ancaq qadın müğənnilər üçündür”.
Qeyd edək ki, meyxanaçı Baləli özünə lüks avtomobil alıb. Onun idarə etdiyi BMW X7-nin 2023-cü il model avtomobilinin qiyməti 255 min manatdır.
Oxşar xəbərlər
Rusiya xüsusi təyinatlıları ABŞ-ın iki zirehli maşınını vurdu [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qadının işi yemək bişirməkdir" - Video [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kimdir müqəssir? - Sosial şəbəkə bataqlığı - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kloun Aquşa: "İşimə görə heç kim mənlə evlənmək istəmir" - Müsahibə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda üçü 10 manata satılan toyuq ətinin mənşəyi nədir? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












