Şöbə müdiri: Agentliyin əsas məqsədlərindən biri əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir
Tibbi xidmətin keyfiyyəti dedikdə pasiyentlərin tibb müəssisəsinə edilmiş ilkin müraciətindən, onun elektron qeydiyyatından başlayaraq bütün müayinə və müalicə prosedurlarını özündə birləşdirən və hər mərhələsinə nəzarət tələb edən zəncirvari mexanizm əsas götürülür.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə çıxışı zamanı söyləyib.
N.Şirinov bildirib ki, Agentliyin başlıca məqsədlərindən biri əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir. O, monitorinqin meyarlarından da danışıb: “Keyfiyyətin yoxlanılması dedikdə tibb müəssisələrinin icra etdikləri xidmətlərin lisenziyalarına uyğunluğunun dəyərləndirilməsi, sığorta çərçivəsində xidmət göstərən həkimlərin xidmətlərinin şəhadətnaməyə uyğun fəaliyyətinin dəyərləndirilməsi, eyni sığortaolunana müxtəlif tibb müəssisələrində göstərilmiş xidmətlərin nəticələrinin müqayisə olunması, icra olunan tibbi xidmətlərin sayları ilə icra edən həkimlərin saylarının müqayisəsi nəzərdə tutulur. Görülən işlərin nəticəsi olaraq böyük ölçüdə arzu olunan xəstə axınının təmin edilməsinə nail olmuşuq”.
Oxşar xəbərlər
Zaur Əliyev: "TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır"
Agentlikdən sağlamlıq üçün toplanan vəsaitlərlə bağlı - Müraciət
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 13 % artıb
Lənkəran xəstəxanasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Onlara 400 milyon manatdan çox vəsait ödənilib- Professordan MÜHÜM YAZI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













