Zaur Əliyev: "TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır"
TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi yardımın göstərilməsində əsas yük TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə düşür: "Buna görə də TƏBİB-lə qarşılıqlı əməkdaşlıq etməkdə, bir məqsədə xidmət edərək - əhalinin vaxtında, keyfiyyətli xidmətlə təmin edilməsində, vətəndaşların səhiyyə ilə bağlı xərclərinin azaldılmasında maraqlıyıq".
"Qoyulan hədəflərə çatmaq üçün bu gün səmərəli əməkdaşlıq edirik. Agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması istiqamətində TƏBİB-ə dəstək göstərir. Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb. Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcək", - Z.Əliyev əlavə edib.


width="220" alt="TƏBİB-in yeni kommunikasiya strategiyası hazırlanır" />
width="220" alt="Agentlikdən sağlamlıq üçün toplanan vəsaitlərlə bağlı - Müraciət" />
width="220" alt="Hansı şəxslər qızılca əleyhinə peyvənd olunmayacaq?" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />