Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkisində namizədliyini geri götürüb.
Sizinxeber.Az APA-ya istinadən xəbər verir ki, Rəsilə Arifqızı Lənkəran şəhər bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.
Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.
Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Aliyə Samir qızı Camalovanın döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
İcra başçısının sabiq müavini bələdiyyə üzvlüyünə namizədliyini geri götürüb
Goranboy icra başçısının müavini işdən çıxarılıb
Gədəbəy icra başçısının müavini işdən çıxarılıb
Yüksək vəzifədə çalışmış qadın həbs edildi
Məhkəmə Kürdəmirin sabiq icra başçısının müavini və sabiq şöbə müdiri ilə bağlı qərar qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













