Azərbaycanda bu şəxslər pensiyaya tez çıxacaq
Yoldaşı vəfat edəndən sonra evlənsə belə uşağına baxan ata pensiyaya tez çıxacaq.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.
Bundan başqa, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin də erkən pensiya hüququ yaranacaq.
Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaqdır.
Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.
Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63.5-dir.
Oxşar xəbərlər
Növbəti ildən “uşaq pulu” bərpa edilir? - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beş uşaq himayədar ailələrə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərin maaşlarının artırılması TƏKLİF EDİLİR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sosial müavinətlərdə ərzaqların qiymət artımı nəzərə alınsın” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












