Kabaklıdan şok: Paşayeva özünü qurban demişdi, həmin gün…
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı türkiyəli tanınmış şair, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad (Serhat) Kabaklı (Əhməd Kabaklının qardaşı oğludur – red.) sosial şəbəkə hesabında qeyri-adi paylaşım edib.
Kult.az xəbər verir ki, o, illər öncə Qənirə xanımın ona öz arzusunu dilə gətirdiyini bildirib.
“Qiymətli qardaşım, keşkə Vəqfdəki Xocalı anma günündə mənə “Ağabəy, Xocalını alaq, Allah həmin gün mənim canımı alsın” deməsəydin…” – Kabaklı yazıb.
Şair bununla Qənirə xanımın özünü Xocalıya qurban dediyini xatırladıb.
Sosial şəbəkələrdə isə bu, heyrətlə qarşılanıb və Qənirə xanımın Vətəni nə qədər sevdiyi, bu arzunu necə içdən dediyi və Allahın bunu qəbul etdiyi haqda rəylər paylaşılmaqdadır.
Qeyd edək ki, Qənirə Paşayeva Ordumuzun antiterror tədbirlərindən və Qarabağdakı separatçı-terrorçuların tam təslim olduğunu elan etməsindən 3 gün sonra – 23 sentyabrda koma vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.
28 sentyabrda – Qarabağdakı qondarma qurumun özünü buraxdığı və Ordumuzun Xocalıya girdiyi gün vəfat etdi.
Oxşar xəbərlər
Fəxrəddin Qocadan Qənirə Paşayeva ilə bağlı paylaşım [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşayeva: Bu dünyadan gedəndə nə aparacağıq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Çavuşoğlu Qənirə Paşayevadan yazdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qənirə Paşayevanın dəfn ediləcəyi yer açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”. [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












