"Prezidentimdən kömək istəyirəm" - Gülay Zeynallı
sizinxeber.az xəbər saytı

"Prezidentimdən kömək istəyirəm" - Gülay Zeynallı


Xəbər verdiyimiz kimi, tanınmış idmançı, karantin günlərində aztəminatlı ailələrə yardımların təşkili və paylanması ilə məşhur olan Kamil Zeynallı Rusiyada həbs olunub.

Sizinxeber.az xəbər verir ki, idmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı hadisəyə münasibət bildirib.

O, ölkə başçısından kömək istəyib: “Bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın”, - G.Zeynallı qeyd edib.

Xatırladaq ki, Kamil Zeynallı yaydığı videomüraciətdə "Domodedovo” hava limanında saxlanıldığını deyib.

Məlumata görə, onun saxlanılma səbəbi ermənilərin beynəxalq axtarışa verməsidir. Kamil video müraicətlə dövlət qurumlarından yardım istəyib. O, bu gün hakim qarşısına çıxarılacaq.

Oxşar xəbərlər

Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı barədə - Açıqlama
İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama
Tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Rusiyada saxlanılıb - VİDEO
Bülbüloğlu təsdiqlədi: Kamil Zeynallı buna görə saxlanılıb
XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle