Pensiya alanların nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.
Bu barədə Sizinxeber.az-a nazirlikdən məlumat verilib.
Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.
Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.
Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.
Oxşar xəbərlər
Pensiyalar nə qədər artırılıb? - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvar ayının pensiya artımları nə zaman ödəniləcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial yardımlar niyə gecikir? - Açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kimlərin təqaüdü 55 manat artacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












