19 
Ara
2023
17:09

Azərbaycanda “digital.leadership” proqramı təqdim edilib

19 Ara, 2023
17:09
1

Azərbaycanda “digital.leadership” proqramı təqdim edilib

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2023-cü ilin yekunlarına, eləcə də “digital.leadership” proqramının təqdimatına həsr olunmuş görüş keçirib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Agentliyin sədri İnarə Vəliyeva açıq elan edib.

O, müxtəlif dövlət qurumlarının təmsilçilərini “digital.leadership” proqramı haqqında məlumatlandıraraq hökumətin informasiya resurslarının idarə olunmasında və inteqrasiyasında səmərəliliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Bu proqram rəqəmsal hökumətə sürətli keçid, sahənin inkişafı, bu istiqamətdə müvafiq dövlət orqanlarının fəaliyyətinin səmərəli koordinasiyası və beynəlxalq rəqabətliliyin gücləndirilməsini nəzərdə tutur.

Daha sonra Agentliyin müşaviri Şahin Əliyev qurumun bu il gördüyü işlərə dair təqdimatla çıxış edib. Tədbirdə həmçinin Agentliyin "Rəqəmsal Akademiya" proqramının direktoru Aleksey Qusev “Rəqəmsal Transformasiya üzrə Rəhbər” təliminin yekunu haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində dövlət qurumlarından İKT sahəsində rəhbər nümayəndələr arasında “Rəqəmsallaşma 2024: İmkanlar və çağırışlar” mövzusunda komandalar şəklində vörkşop keçirilib. Vörkşopa Monteneqronun sabiq dövlət idarəçiliyi, rəqəmsal transformasiya və media naziri xanım Tamara Srzentic moderatorluq edib. Dəyirmi masa formatında baş tutan vörkşopda fərqli dövlət qurumlarından komandalar 7-8 nümayəndə ilə iştirak edib.

Vörkşopun mahiyyəti problemə və onun mümkün həlli yollarına diqqət yetirmək üçün ideyaların toplanması, strukturlaşması, prioritetləşdirilməsi, məqsədlərin, tövsiyələrin və fəaliyyət planlarının tərtib edildiyi qrup ünsiyyəti və qərar qəbuletmə üsulunun təşviq edilməsidir. Vörkşop zamanı komanda işi, kommunikasiya, komanda üzvlərinin ideyalarından bəhrələnmə, strateji planlama, dəyişikliklərin və çağırışların idarə edilməsi, dəyərlərin inkişafı, məhsul və xidmətlərin təkmilləşdirilməsi üzrə bacarıqlar inkişaf etdirilib.

Bizimlə əlaqə saxlayın