AMEA prezidenti dərsliklərdən danışdı
sizinxeber.az xəbər saytı

AMEA prezidenti dərsliklərdən danışdı


“Sosializm, kommunizm sözü dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılan modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamağa davam edir”.

 “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orta və ali məktəblərdə keçirilən humanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Marksın nəzəriyyəsi əsas götürülür.

“Əlbəttə, Marksın adı çəkilmir. Lakin “Tarix” kitablarında quldarlıq, ibtidai icma dövrü-qədim dövr tariximiz, feodalizm dövrü-orta əsr tariximiz, kapitalizm dövrü- yeni dövr tariximiz, sosializm isə ən yeni dövr tariximiz kimi tədris olunur. Bunu heç kəs, o cümlədən, də mən də inkar etmirəm. Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövlərin başqa formada təsvir olunmasını tələb edir. Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik.

Artıq Azərbaycan ədəbiyyatının dövrlərdə konspesiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb. Yeni inkişaf mərhələləri hazırlanarkən azərbaycançılıq prosesi, dünya sivilizasiyalarının inkişaf mərhələləri, dövlətçilik tarixi və real ədəbi proseslər nəzərə alınıb. Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. Azərbaycan incəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır”, - deyə AMEA prezidenti fikirlərini əsaslandırıb.

Oxşar xəbərlər

Təhsilin məzmunu son 90 il ərzində dəyişməyib - Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tural Gəncəliyev: "Müstəmləkəçiliyə məruz qalmış xalqlarla bizim ortaq tariximiz var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Soyuqdəymə, qrip, yoxsa təzə kovid – Şəhərdə yayılan xəstəlik nədir? [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir" - Məleykə Abbaszadə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər