Polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb
sizinxeber.az xəbər saytı

Polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb


Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

 

Oxşar xəbərlər

19 yaşlı hamilə qadını bıçaqlayan şəxs SAXLANILDI
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT
Vaqif Əsədovun yerinə TƏYİNAT
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər