Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib
Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.
APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda məlumat verib.
O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı varsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır:
“89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq”.
Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur:
“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”.
Oxşar xəbərlər
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xiaomi Redmi 13R 5G təqdim edildi: Büdcəyə uyğun telefonun xüsusiyyətləri! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Redmi Note 13 Pro-nun hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məktəblərdə uşaqların hərarətinin ölçülməsinə başlanıldı - Nazir AÇIQLADI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ayaqyolunda döyüldüyü deyildi, özünə xəsarət yetirdiyi məlum oldu: Şagirdə qarşı şiddət gizlədilib? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












