Qarabağdakı sənaye parklarının rezidentlərinə 8 milyon manata yaxın azadolma tətbiq olunub
Bu il mayın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və xammala görə 142 təsdiqedici sənəd verilib, nəticədə 8 milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiq olunub.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyon manata yaxın olan 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Onlar 4 mindən artıq daimi iş yeri yaratmağı planlaşdırırlar. Artıq bu sənaye parklarında görülmüş işlərə 136 milyon manatdan çox investisiya yatırılıb, 700 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Oxşar xəbərlər
Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 483 milyon manat vəsaitə qənaət ediblər
Cəbrayıl və Ağdamdakı sənaye parklarında bu il görüləcək işlər açıqlanıb
Agentlik: Sənaye zonalarında 9 ayda 27 sahibkarlıq subyekti rezidentlik alıb
Ağdam Sənaye Parkının rezidentləri indiyədək 22 milyon manatlıq məhsul satıb
Hacıqabul Sənaye Parkında məhsul istehsalının həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
