Bakı və Bişkek Qırğızıstanda yem zavodunun tikintisi imkanını müzakirə edir
sizinxeber.az xəbər saytı

Bakı və Bişkek Qırğızıstanda yem zavodunun tikintisi imkanını müzakirə edir


Bakı və Bişkek Qırğızıstanın balıqçılıq sektorunun ehtiyacları üçün yem zavodunun tikintisi imkanını müzakirə edib.

“Sizinxeber.az”un Qırğızıstanın Su Resursları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələ Qırğızıstanın Balıqçılıq Departamenti və Azərbaycan nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.

"Tərəflər akvakultura sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edərək, balıqçılıq təsərrüfatları üçün keyfiyyətli yem istehsalı zavodunun işə salınmasının sektorun inkişafında mühüm addım olacağını vurğulayıblar. Görüş iştirakçıları qeyd ediblər ki, ixtisaslaşdırılmış infrastrukturun inkişafı balıq istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmağa, təsərrüfatların səmərəliliyini yüksəltməyə və Qırğızıstanın ərzaq təhlükəsizliyini gücləndirməyə imkan verəcək", - məlumatda qeyd olunub.

Görüşün sonunda Balıqçılıq Departamenti zavodun tikintisi layihəsinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi və Qırğızıstanın müvafiq qurumları ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Yaxın vaxtlarda tərəflər arasında əlavə məsləhətləşmələrin keçirilməsi və əməkdaşlıq formatlarına dair təkliflərin hazırlanması planlaşdırılır.

Oxşar xəbərlər

Assosiasiya: Balıqçılıq və akvakulturaya özəl sektorun cəlbi yeni mərhələnin başlanğıcıdır
Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər
TDT baş katibi Qırğızıstanın baş prokuroru ilə üzv ölkələr arasında əməkdaşlığı müzakirə edib
Azərbaycan və Qırğızıstan müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər