REAL Partiyasının namizədinin DSK ilə bağlı anonim müraciətinə baxılmayıb
52 saylı Yevlax seçki Dairəsi üzrə REAL Partiyasından namizədliyi qeydə alınmış Rəsul Cəfərovun müraciətinə baxılıb.
APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.
Qabil Orucov bildirib ki, Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciəti anonim şəkildə təqdim edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, partiya rəhbərliyinə ərizəçinin özünün gedib şikayəti öz adıyla etməsini təmin etməsi üçün çıxdıq.
MSK katibi Mikayıl Rəhimov isə qeyd edib ki, bununla bağlı partiya rəhbərliyi ilə danışıb: “İlqar müəllimə dedim ki, ona deyin ki, ya özü gedib imza çəksin, ya da elektron imza göndərsin. Daha sonra Rəsul Cəfərov özü mənə zəng etdi ki, o vəkildir və apelyasiya məhkəməsində işə çıxır. Mən də dedim ki, MSK katibi kimi məhkəmədən xahiş edərəm sənin işlərini sabaha keçirər. Amma yenə də imza məsələsi həllini tapmadı”.
MSK Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciətini anonim olduğu üçün baxılmamış saxlayıb. Seçki məntəqələrində pozuntularla bağlı müraciəti isə vaxtı ötdüyü üçün özünə geri göndərilib.
Oxşar xəbərlər
MSK Müsavat Partiyasının namizədinin müraciətini əsassız sayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK 97 saylı Tərtər-Ağdərə-Goranboy DSK-nın qərarını qüvvədə saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












