İƏT Pİ Baş katibinin müavini: Seçkilər çox şəffaf keçirildi
Biz dünən ümumilikdə 16 seçki məntəqəsində olduq. Bu məntəqələrdə gün boyunca müşahidələr apardıq.
Sizinxeber.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibinin müavini Əli Asghar Məhammadi Sijani Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
O, seçkinin çox şəffaf keçdiyini və heç bir neqativ hal müşahidə etmədiklərini vurğulayıb: “Bu, böyük demokratiyadır, buna görə Azərbaycan xalqını təbrik edirəm".
İƏT Pİ Baş katibinin müavini onu da bildirib ki, seçki məntəqələrində nəzarət funksiyası yerinə yetirən şəxslər çox məsuliyyətlə çalışıblar: "İnsanların bütün hüquqları təmin edilirdi".
O, seçkilərdə həm də islam əxlaqına riayət edildiyini bildirib.
Oxşar xəbərlər
Pakistan Senatının üzvü: İnsanların sərbəst səs verdiyinin şahidi olduq
İPC-nin Baş katibi: Seçkilər təzyiq və məcburiyyət olmadan keçib
Efiopiyalı parlamentari: Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu
MDB PA-nın nümayəndəsi: Azərbaycanın seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsini təmin edib
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













