Qaxda pivə zavodunda nöqsanlar aşkarlanıb
sizinxeber.az xəbər saytı

Qaxda pivə zavodunda nöqsanlar aşkarlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qax şəhəri, Azərbaycan prospekti, ev 2F ünvanında fəaliyyət göstərən “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkarlanıb.

Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib.

Həmçinin anbar sahəsində temperatur və rütubətin nəzarətdə saxlanılmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istehsalat sahəsində səthlərin gigiyenik və yuyulabilən üzlüklə üzlənmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı və xüsusi geyim formasından (bone, əlcək və s.) istifadə etmədən çalışdıqları, məhsulların dövri olaraq laborator müayinələrə cəlb edilmədiyi aşkarlanıb.

Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.

Həmçinin müəssisədə süzülmüş pasterizə edilməmiş pivədən nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Oxşar xəbərlər

AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
AQTA apteklərdə yoxlama aparıb, 113-də nöqsanlar aşkarlanıb
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər