Alimlər: COVID-19-dan sonra böyrək funksiyaları pnevmoniyadan sonrakına nisbətən 47 % daha sürətlə zəifləyir
İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, böyrək funksiyaları koronavirus infeksiyasından sonra adi pnevmoniya və ya digər kəskin respirator xəstəliklərdən (KRX) sonrakına nisbətən təxminən 47 % daha sürətlə zəifləyir.
“Report” xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc edilib.
Alimlər bu nəticələrə böyrək xəstəliklərinin inkişaf mexanizmlərini və onlarla əlaqəli risk faktorlarını öyrənmək məqsədilə yaradılmış SCREAM layihəsinin məlumatlarının təhlili zamanı gəliblər. Tədqiqat paytaxt Stokholmun 1,3 milyondan çox sakininin məlumatlarını əhatə edir.
Layihə iştirakçılarının sağlamlıq vəziyyəti, o cümlədən keçirilmiş infeksiyalar haqqında məlumatlar əsasında alimlər COVID-19-un böyrək funksiyasına təsirini təhlil ediblər. Araşdırma göstərib ki, koronavirus infeksiyası böyrəklərin işinin ən vacib göstəricilərindən biri olan yumaqcıq filtrasiyası (YF) nisbətinin düşməsini əhəmiyyətli dərəcədə sürətləndirir. Bu azalma sağalmadan sonra ən azı iki il davam edir.
Xüsusilə vacib olan odur ki, COVID-19 böyrəklərə digər ağciyər infeksiyalarından, məsələn, pnevmoniyadan daha güclü təsir göstərir. COVID-19 keçirənlərdə yumaqcıq filtrasiyası sürəti digər KRX keçirənlərə nisbətən 47 % daha sürətlə azalıb.
Bundan başqa, keçirilmiş COVID-19 böyrəklərin filtrasiya qabiliyyətinin kəskin azalması riskini 20 % artırır ki, bu da YF-nin 25 % və daha çox düşməsində özünü göstərir. Bu risk xəstəliyin ağır formaları ilə xəstəxanaya yerləşdirilmiş pasiyentlər arasında xüsusilə yüksəkdir (42 %-ə çatır).
Elm adamları mümkün pozuntuların vaxtında aşkarlanması üçün COVID-19 keçirmiş bütün xəstələrdə böyrəklərin müntəzəm müayinəsinin vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
Autizmin oğlanlarda niyə daha çox yayıldığı məlum olub
Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
Alimlər pəhrizlə bağlı məşhur mifi təkzib ediblər
COVID-19 qanda yağların səviyyəsini artıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
