Komitə sədri: "Bəzən insanlar orqan transplantasiyası üçün növbə gözləyə-gözləyə vəfat edirlər"
sizinxeber.az xəbər saytı

Komitə sədri: "Bəzən insanlar orqan transplantasiyası üçün növbə gözləyə-gözləyə vəfat edirlər"


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bəzən həyati vacib əməliyyatlar üçün növbəyə dayanan insanların dünyasını dəyişdiyini bildirib.

"Report"un məlumatına görə, komitə sədri TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı orqan transplantasiyası üçün müəssisələrin sayının artırılmasını vacib hesab edib.

Onun sözlərinə görə, icbari tibbi sığortaya daxil olan xidmətlərin sayı da artmaqda davam edir: "TƏBİB buna hazır olmalıdır. Orqan transplantasiya üçün kadr potensialının kifayət qədər olduğunu düşünürəm. Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar növbəyə gözləyə-gözləyə vəfat etməsinlər".

Oxşar xəbərlər

İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir? - Rəsmi AÇIQLAMA
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi
Agentlikdən sağlamlıq üçün toplanan vəsaitlərlə bağlı - Müraciət
"Bu uşaqları kişilər doğurlar?" - Komitə sədri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər