ÜST “JN.1” ştamına görə koronovirusun artdığını etiraf edib
sizinxeber.az xəbər saytı

ÜST “JN.1” ştamına görə koronovirusun artdığını etiraf edib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 virusunun yeni ştamı (“JN.1”) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib.

“Report” xəbər verir ki, bu dəyişiklik yeni ştamın Şimal yarımkürəsində rastgəlmə tezliyinin gün keçdikcə artması nəticəsində olub.

ÜST-də mövcud olan məlumatlar göstərir ki, “JN.1”in yaratdığı əlavə qlobal ictimai sağlamlıq riski hazırda aşağı səviyyədə qiymətləndirilir.

Buna baxmayaraq, Şimal yarımkürəsində qışın başlaması ilə “JN.1” bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər.

Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.

Oxşar xəbərlər

Xəstəlik yenidən yayılır - Koronavirusun yeni ştamı sərhədimizə çatdı
TƏBİB-dən koronavirusun yeni variantı ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
“Virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı var” - İnfeksionistdən AÇIQLAMA
Azərbaycanda koronavirusun "Eris" variantı aşkarlanıb? - RƏSMİ
Koronaya yoluxma artarsa, karantin olacaq - İnfeksionist

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle