Britaniyalı səyyah: Azərbaycanda geniş bir ərazinin minalarla çirkləndirildiyini görmək kədərlidir
Azərbaycanda geniş bir ərazinin minalarla çirkləndirildiyini görmək kədərlidir.
Bu barədə “Sizinxeber.az”un Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında Böyük Britaniyadan olan səyyah Avi Rosenfeld danışıb.
Səyyah bildirib ki, Azərbaycan hökumətinin minalanmış ərazilərdə həyata keçirdiyi təmizləmə prosesi təqdirəlayiqdir:
“Bu, mənim minalanmış əraziyə ilk gəlişimdir. Qarabağda bəzi yerlərə maşınla getdik və həmin ərazilərdə basdırılmış minaları gördük. Düşünürəm ki, Azərbaycan hökumətinin minalanmış ərazilərin təmizlənməsi istiqamətində çox yaxşı bir proses icra edir”.
A.Rosenfeld minatəmizləmə prosesindən təsirləndiyini vurğulayıb:
“Minatəmizləyənlər bizə ərazini necə təmizlədiklərini izah etdilər və bildirdilər ki, bu əraziləri tamamilə təmizləmək çox uzun müddət çəkə bilər. Bunu eşitmək və bu qədər ərazinin minalarla çirkləndirildiyini görmək olduqca kədərlidir”.
Oxşar xəbərlər
İrlandiyalı səyyah: Qarabağda basdırılmış minaların sayını öyrənəndə şoka düşdüm
Britaniyalı səyyah: Qarabağ hadisələri Qərbdə kifayət qədər işıqlandırılmır
Britaniyalı səyyah: Qarabağda minatəmizləmə işləri təqdirəlayiqdir
Gürcüstanlı səyyah: Qarabağın necə fəal şəkildə bərpa olunduğunu görmək sevindiricidir
Amerikalı səyyah: Qarabağda yenidənqurma işləri sürətlə gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












