Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub - FOTO
sizinxeber.az xəbər saytı

Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub - FOTO




II Şuşa Qlobal Media Forumu çərçivəsində “İqlim Hərəkatı və Media” mövzusunda yekun panel keçirilib.
 
Sizinxeber.az report-a istinadən xəbər verir ki, panelə “RīgaTV 24” və “Radio Latvia”nın aparıcısı və prodüseri Ansis Boqustov moderatorluq edib.
 
BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının 29-cu sessiyasında (COP29) BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai öz çıxışında qeyd edib ki, Azərbaycan COP29-un keçirilməsinə hazırlaşır, tədbir KİV və bu konfransda iştirak etmək istəyən hər kəs üçün açıqdır.
 
"Biz ölkələrin Bakıya gələrək iqlimin maliyyələşdirilməsi məsələlərində konsensus əldə etməsini gözləyirik. KİV tez-tez maraqlanır ki, nəyə görə COP29 karbohidrogen hasil edən ölkədə keçirilir? Biz bütün bu suallara cavab verməyə hazırıq. Biz həm KİV-i, fəalları, həm də iqlimin maliyyələşdirilməsi məsələlərinə töhfə verə biləcək hər bir kəsi COP29-da gözləyirik. Azərbaycanın COP29-da sədrliyi noyabrda başa çatmayacaq, bu, müxtəlif tərəflərdən iştirakçıların qatılmalı olduğu qlobal tədbirdir”, - o bildirib.
 
“Arabian Gulf Business Insight”ın baş redaktoru Frensis Martin Keyn Azərbaycanı COP29 ilə bağlı qərəzli məlumatlara baxmayaraq, Qərb mediası ilə işləməkdən imtina etməməyə çağırıb.
Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub
Bu gün II Qlobal Media Forumuna yekun vurulacaq
II Qlobal Media Forumunda panel müzakirələri baş tutub
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər