Fuad Hüseynəliyev: Dörd sərhəd kəndin qaytarılması sülh sazişi istiqamətində mühüm addımdır
Dörd sərhəd kəndin Azərbaycanın nəzarətinə qaytarılması Bakı ilə İrəvan arasında aparılan danışıqlar kontekstində mühüm addımdır.
Bunu “Sizinxeber.az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.
Onun sözlərinə görə, belə addımlar sərhədin delimitasiyası prosesinin praktiki həyata keçirilməsidir:
“Ermənistan tərəfinin müxtəlif vədlərinə hər zaman ehtiyatla və müəyyən dərəcədə bədbin yanaşırıq. Lakin bu halda hər şey razılaşdırılmış vaxt çərçivəsində baş verib və bu dörd kənd Azərbaycanın nəzarətinə keçib. Bu ərazilərdə artıq sərhədin demarkasiyası və delimitasiyası tam həyata keçirilib. Bu, iki ölkə arasında sülh sazişinin imzalanması üçün zəmin yaradır, həmçinin sülh sazişi üzrə danışıqlarla yanaşı, digər ərazilərdə də paralel delimitasiyanın aparılmasına imkan verir”.
F.Hüseynəliyev qeyd edib ki, 2024-cü ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün şans var:
“Bu prosesin nə qədər sürətlə davam edəcəyini indi proqnozlaşdırmaq çətindir, lakin Ermənistan tərəfinin səsləndirdiyi müəyyən müddətlər var. Buna Bakıda keçiriləcək COP29 tədbirinə qədər və ya azı ilin sonuna qədər nail oluna bilər”.
O vurğulayıb ki, sülh sazişi hərtərəfli olmalıdır və beynəlxalq birlik onun icrasının qarantı kimi çıxış etməlidir:
“Doğrudur, Ermənistanda müəyyən revanşist qüvvələrin olduğunu da görürük. Onlar bu ölkədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə, Bakı ilə razılaşmanın pozulacağını iddia edirlər. Bu, baş verməməlidir. Beynəlxalq ictimaiyyət də bu sülh sazişi barədə tam məlumatlı olmalıdır”.
Oxşar xəbərlər
Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı… [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












