Beynəlxalq səyyahlar minalardan təmizləmə prosesini müşahidə ediblər
Beynəlxalq səyyahlar Füzuli rayonunda minalardan təmizləmə prosesini müşahidə ediblər.
"Report"un Qarabağa ezam olunmuş əməkdaşının məlumatına görə, səyyahlar Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Horadiz kəndi ərazisində həyata keçirdiyi minatəmizləmə işləri ilə tanış olublar.
Agentliyin nümayəndələri qonaqlara azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesi barədə məlumat verib, işlərin hələ də davam etdiyi ərazilərin xəritələrini göstəriblər.
Daha sonra səyyahlara ərazidə aşkarlanan minalardan birinin partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib.
Bu gün səhər saatlarında qonaqlar Cəbrayıl rayonu ərazisində olub, burada Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsü ilə tanış olublar.
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib
Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - FOTO - YENİLƏNİB
Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












