QMİ-nin Gürcüstan nümayəndəsi: Qarabağa hər dəfə gələndə yeniliklərlə qarşılaşıram
Qafqaz müsəlmanları idarəsinin Gürcüstan nümayəndəsi Məhəmməd Şamilov Qarabağa hər səfərində yeniliklər və inkişaf gördüyünü bəyan edib.
“Sizinxeber.az”a danışan M.Şamilov qeyd edib ki, Qarabağ Universitetinə heyran olub:
“Qarabağ Universitetinə ilk dəfədir səfər edirəm. Burada tələbələr üçün yaradılmış şərait bizi valeh etdi. Hətta nümayəndə heyətimizin üzvlərindən bir neçə nəfər dedi ki, kaş biz də tələbə olardıq və Qarabağ Universitetində təhsil alardıq. Bu gözəl günləri bizə yaşadan Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Onlar bütün dünya azərbaycanlıların başını uca etdi”.
O, zəfər gününün Gürcüstanda sevinclə qarşılandığı haqqında danışıb:
“Müharibə bitəndən sonra Gürcüstanın hər bir qəsəbəsində süfrə açılmışdı, bir növ toy-bayram elan edilmişdi. Maşın karvanları var idi. Həmin maşınlardan Gürcüstan-Azərbaycan bayraqları asılmışdı. Hər kəs sevinc içərisində idi”.
Oxşar xəbərlər
Qarabağ Universitetinin müəllimi: Azad olunmuş torpaqlarda möhkəmlənməyimizə töhfə verəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanlı səyyah: Qarabağa gəlmək çoxdankı arzum idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ Universitetinin tələbəsi gənclərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fauf Penciyev: Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rauf Penciyev: Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













