Dörd hərbçimizin zəhərlənərək öldüyü "İstisu" bulağı yenidən açılacaq? - VİDEO
sizinxeber.az xəbər saytı

Dörd hərbçimizin zəhərlənərək öldüyü "İstisu" bulağı yenidən açılacaq? - VİDEO




Laçında dörd hərbçimizin həlak olduğu hövzənin yenidən fəaliyyəti barədə məsələyə aydınlıq gətirilib.

Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev bildirib ki, hazırda bu hövzənin istifadəyə verilməsi mümkünsüzdür:

"Daxili İşlər Nazirliyinin (DİN) rayon polis şöbəsinin əməkdaşları ilə birgə müvəqqəti olaraq qabaqlayıcı tədbir kimi həmən su ərazisinin ətrafı kustar üsullarla müvəqqəti olaraq qapadılıb. Hesab edirik ki, gələcəkdə su hövzəsinin faydaları qiymətləndiriləcək və insan sağlamlığı üçün zərərli olmadığı bir daha təsbit olunduğu halda aidiyyəti üzrə məruzə olunub razılaşdırılaraq istirahət mərkəzi və ya sanatoriya kimi formalaşdırılması məsələsinə baxılacaq".

Qeyd edək ki, iyulun 30-u Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

Ətraflı Baku TV-nin süjetində:

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Azərbaycan Ordusunun hərbçiləri Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub
Azərbaycan Ordusunun 4 hərbçisi Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub
Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - YENİLƏNİB
Dörd hərbçimizin həlak olduğu yerdən GÖRÜNTÜLƏR - VİDEO
ABŞ səfirliyi Azərbaycan hərbçilərinin ölümü ilə bağlı başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər