Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyev dəfn edilib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyev dəfn edilib - FOTO - YENİLƏNİB




Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevlə Laçın şəhərində keçirilən vida mərasimi başa çatıb.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
 
Dəfn mərasimində şəhidin doğmaları, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 15:14
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir.
 
Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.
 
C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
BAKU.WS
QALEREYA

Oxşar xəbərlər

Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyev dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər