Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyev dəfn edilib - YENİLƏNİB
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevlə Laçın şəhərində keçirilən vida mərasimi başa çatıb.
"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib.
“Sizinxeber.az”un Qarabağ bürosunun məlumatına görə, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.
C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Oxşar xəbərlər
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Gəncədə dəfn edilib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












