Ali Məhkəmədə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya Ali Məhkəmədə olub.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir.
Qeyd edilib ki, son dövrlər Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həmçinin türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin Azərbaycan üçün əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Kadir Özkaya ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
Oxşar xəbərlər
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva Türkiyə Konstitusiya Məhkəməsinin sədrini Ermənistanın mina terroru haqda məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Konstitusiya Məhkəməsinə yeni sədr seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












