Yaxın gələcəkdə Qazaxıstanda TDT-nin nümayəndəliyinin açılması planlaşdırılır
Yaxın gələcəkdə Qazaxıstanda Türk Dövlətləri Təşkilatının nümayəndəliyinin açılması planlaşdırılır.
“Sizinxeber.az”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.
Onun sözlərinə görə, TDT ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində gömrük prosedurlarınınm sadələşdirilməsi mühüm məsələdir:
“Qazaxıstan-Çin sərhədində yeni, üçüncü bir dəmiryolu açılır. Bu, nəqliyyat imkanlarımızı daha da artıracaq və bütün türk dövlətləri həmin dəmiryolundan faydalanacaq. Yeri gəlmişkən, Azərbaycan Prezidentini Avropanın qaz təchizatında oynadığı rola görə təbrik edirəm”.
Oxşar xəbərlər
Tokayev: İƏT ilə TDT arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var
Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir
Tokayev: Məqsədimiz Türk Dövlətləri arasında birliyi gələcək nəsillərə ötürməkdir
İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













