Dövlət Xidmətində Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş keçirilib
Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib.
Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Azərbaycan-Türkiyə arasında olan qardaşlıq və müttəfiqliyin böyük tarixi köklərə malik olmasını vurğulayıb.
Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memiş də öz növbəsində iki ölkə arasında olan münasibətlərin dərinləşməsinin, həmçinin hərbi sahədə əməkdaşlığın və təcrübə mübadiləsi aparılmasının önəmli olmasından danışıb.
Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.
Oxşar xəbərlər
Səfərbərlik Xidməti təşkilat üzvlərini təltif edib
Səfərbərlik Xidmətinin rəisi Şirvanda vətəndaşları qəbul edəcək
Səfərbərlik Xidməti yaranma gününü qeyd edib - FOTO
Səfərbərlik Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək
Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













