Azərbaycan və Keniya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniyaya səfər edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində Nayrobi şəhərində Azərbaycan XİN və Keniyanın Xarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub.
Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspora işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.
İnformasiya-kommunikasiya və rəqəmsal iqtisadiyyat, mütərəqqi “ASAN Xidmət” modelinin təşviqi, enerji və mədən resursları, kənd təsərrüfatı, turizm, təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğuna dair həmrəylik ifadə olunub.
Çoxtərəfli formatlarla, xüsusilə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti yüksək qiymətləndirilib və genişləndirilməsi imkanları müzakirə edilib.
Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya Respublikasının Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcud əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Səfər çərçivəsində Keniyanın gənclər çempionu, “Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Şarlin Rutonun təşəbbüsü ilə nazir müavini Yalçın Rəfiyev və keniyalı gənclər arasında görüş təşkil olunub.
Oxşar xəbərlər
Bağdadda Azərbaycan və İraq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Yalçın Rəfiyev Qətərdə səfərdə olub
Azərbaycan və Əlcəzair arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
