Ekvador nümayəndəsi: Qlobal Cənub Platforması beynəlxalq rifahı təmin etməyi qarşıya məqsəd qoymalıdır
sizinxeber.az xəbər saytı

Ekvador nümayəndəsi: Qlobal Cənub Platforması beynəlxalq rifahı təmin etməyi qarşıya məqsəd qoymalıdır


Qlobal Cənub Platforması insan hüquqlarını, beynəlxalq rifahı təmin etməyi qarşıya məqsəd qoymalıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, insanlar və xalqlar arasında əməkdaşlığı genişləndirmək, mövcud problemləri həll edə bilmək üçün Qlobal Cənub Platformasına ciddi ehtiyac var: "Biz yeni pandemiyalara hazır olmalıyıq. Dövlət və özəl qurumların potensiallarından bu istiqamətdə istifadə etməliyik. Pandemiyaları, nəticələrini öyrənməliyik. Tarixin qarşımıza qoyduğu çağırışlara necə cavab verə biləcəyimiz ən vacib məqsədlərdən biri olmalıdır. Qarşıdurmalara yox, həmrəyliyə ehtiyacımız var. BMT-nin mexanizmlərindən geniş istifadə edilməlidir. Bu platforma hər kəs üçün rifahı, insan hüquqlarını, beynəlxalq təhlükəsizliyi təmin etməlidir. Konstruktiv dialoq və qarşılıqlı etimad əsasında mümkün ola biləcək bütün münaqişələrin qarşısını almalıyıq.

Oxşar xəbərlər

BMT Qlobal Cənub QHT platformasının təsis edilməsini təqdir edir
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
BMT rəsmisi: Qlobal Cənub QHT Platformas müstəmləkəçiliyə qarşı birgə mübarizə müstəvisidir
Prezident: İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər