
Ekspert: Çin şirkətlərinin yaşıl enerji ilə bağlı Qarabağın bərpasında iştirak üçün imkanları var

Ekspert: Çin şirkətlərinin yaşıl enerji ilə bağlı Qarabağın bərpasında iştirak üçün imkanları var
“Mən iki dəfə Azərbaycanda olmuşam, Qarabağda, Şuşada aparılan yenidənqurma prosesi ilə tanış olmuşam”.
Sizinxeber.az xəbər verir ki, bunu Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Kan Cie jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Qarabağa səfəri zamanı orada çox su elektrik stansiyasının tikildiyinin və günəş enerjisindən istifadə edildiyinin şahidi olub.
“Çinin bu sahələrdə böyük təcrübəsi var. Məsələn, son bir neçə ildə Pekindən cəmi 100 kilometr cənubda, yeni bir şəhər qurmuşuq, bunu gələcəkdə Çin, hətta dünya üçün qlobal bir şəhər paradiqmasının modeli kimi görürük. Düşünürəm ki, Prezident Əliyev və Sədr Si Cinpinin yaşıl inkişafın və rəqəmsal inkişafın əhəmiyyəti barədə bir çox ümumi fikirləri var. Ona görə də düşünürəm ki, Çin şirkətlərinin, xüsusən yaşıl enerji və rəqəmsallaşma sahəsində Qarabağın bərpasında iştirak etmək üçün müəyyən imkanları var. Ağdamı ziyarət edəndə orada Çində istehsal olunan bir neçə maraqlı günəş enerjisi infrastrukturu gördüm. Buna görə düşünürəm ki, gələcəkdə Çin şirkətlərinin Qarabağ bölgəsində tikinti üçün daha çox imkanları olacaq”, - deyə Kan Cie vurğulayıb.