İlham Əliyev: Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır


Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır.

"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradır.

Prezidenti İlham Əliyev Fərzanə Sadiqinin səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Azərbaycan və İran 16-cı birgə komissiyanın iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər