Deputat: Azərbaycana qərəzli yanaşma Almaniyanın bizim regiondakı maraqlarına təsirsiz ötüşməyəcək
Çox təəssüf ki, “Deutsche Welle” (DW), xüsusən, Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edəndən sonra birinci dəfə deyil ki, saxta və qərəzli materiallarla çıxış edir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Deputat qeyd edib ki, bunun təkcə redaksiya siyasəti olmadığı, arxasında regiona yanaşmada Fransa ilə sinxron hərəkət etmək haqqında üzərinə öhdəlik götürən Almaniya hökumətinin diqtəsinin dayandığı istisna deyil: "Çünki həmin ölkənin ayrı-ayrı rəsmiləri, xüsusən də, xarici işlər naziri, Almaniya Bundestaqında Xarici əlaqələr komitəsinin rəhbəri dəfələrlə hay havadarı kimi çıxış ediblər. Bu yaxınlarda Azərbaycanla Ermənistan sülhlə bağlı saziş layihəsi üzərində razılığa gələndə Almaniyanın xarici işlər naziri Annalena Berbok Fransa Prezidentinin ardından bəyanat səsləndirərək burada İrəvanın rolunu qabartdı. Xanım nazir bildirirdi ki, bu razılaşma məhz Ermənistanın güzəşti sayəsində baş tutub. Aydındır ki, mövcud sülh layihəsi Azərbaycanın hələ 2021-ci ildə irəli sürdüyü beynəlxalq hüquqa söykənən 5 prinsip əsasında hazırlanıb. Maraqlıdır, Ermənistanın güzəştə getdiyini bildirən Annalena Berbok burada nəyi nəzərdə tutur? Ermənistan kimə güzəştə gedib? Beynəlxalq hüquqa, beynəlxalq normalaramı?”.
Sahib Alıyev deyib ki, Azərbaycan torpaqları işğal altında olanda Qərbdəki bir çox dövlətlərdən, o cümlədən, hazırda sinxron hərəkət etdiyi Fransadan fərqli mövqe tutmağa, nisbətən, obyektiv görünməyə çalışan Almaniya çox təəssüf ki, hazırda açıq hay havadarı kimi çıxış edir. Rəsmi Parisinki ilə üst-üstə düşən mövqe sərgiləyir və artıq Ermənistana Fransa ilə yanaşı Almaniya istehsalı olan silahlar da göndərilir. “Təbii ki, bu, təəssüf doğurur. Və təkcə təəssüf doğurmur, əminəm ki, Azərbaycana qərəzli yanaşma Almaniyanın bizim regiondakı maraqlarına da təsirsiz ötüşməyəcək”.
Oxşar xəbərlər
Almaniyanın xarici işlər naziri Livana səfər edib
Azərbaycan və Almaniya XİN başçıları görüşüb
Almaniya XİN rəhbəri Rusiyaya dəstəyi ilə bağlı Çinə xəbərdarlıq edib
Almaniya və Fransa XİN başçıları Dəməşqə gedib
Almaniya XİN başçısı: Ukrayna məğlub olarsa, növbə Moldovanın olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













