Deputat ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdışdan bəhs edib  
sizinxeber.az xəbər saytı

Deputat ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdışdan bəhs edib  


Milli Məclisin deputatı Məlahət İbrahimqızı ATƏT-in iclasında Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdış hüququ haqqında danışıb.

“Report” xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı 24-25 iyun 2024-cü il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş ATƏT-in “Dözümlülük, qeyri ayrı-seçkilik və gender bərabərliyi” mövzusunda insan hüquqları üzrə üçüncü əlavə iclasında iştirak edib.

Tədbirdə Qərbi Azərbaycan İcması adından çıxış edən M.İbrahimqızı Qərbi Azərbaycan İcması, onun gündəliyi, Ermənistandan azərbaycanlıların qovulması haqqında ətraflı məlumat verərək, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına imkan verilməməsinin dözümsüzlük və ayrı-seçkilik olduğunu bildirib.

M.İbrahimqızı Qərbi Azərbaycan İcmasının dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini, İcmanın əsas missiyasının Qərbi azərbaycanlıların qayıdış hüququ kimi təməl insan hüququnun təşviqi olduğunu vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Fəaliyyətdə olan Sədri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil olunmuş və ATƏT-in iştirakçı dövlətlərinin rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı etdiyi bu tədbir insan hüquqlarının təşviqi məsələsinə həsr olunub.

Oxşar xəbərlər

İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Məlahət İbrahimqızı: “Qənirə xanım böyük şəxsiyyət idi”
BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib
İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər