İlya Darçiaşvili: Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və onun daha da möhkəmlənməsinə ümid edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə onun xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram. Biz etibarlı strateji tərəfdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik”, - paylaşımda qeyd edilib.
Gürcüstanın Bakıdakı səfirliyi də təbriklərə qoşulub. Bu ölkənin diplomatik nümayəndəliyi feysbuk sosial şəbəkəsində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, sülh, firavanlıq və uğurlar arzulayıb: “Ölkələrimiz arasında əsrlər boyu formalaşmış mehriban qonşuluq və dostluq münasibətləri, strateji tərəfdaşlıq Gürcüstan üçün çox dəyərlidir. Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və sıx əlaqələr bundan sonra da iki ölkə xalqlarının rifahı üçün uğurla inkişaf edəcək”.
Oxşar xəbərlər
Gürcüstan Prezidenti Azərbaycan liderini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litva XİN başçısı Azərbaycanı təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Albaniya XİN: Azərbaycanla əlaqələri genişləndirməyə ümid edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP-nin regional prezidenti Azərbaycan liderini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Qaribaşvili: “Xalqlarımız arasında dostluğun möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












