sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
Türkiyənin Vaşinqtona yeni təyin olunmuş səfiri Sedat Önal azərbaycanlı həmkarı Xəzər İbrahimlə görüşüb.
"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, bu barədə X.İbrahim "X" hesabında bildirib.
"Türkiyənin yeni təyin olunmuş səfiri Sedat Önal və xanımı Figen Önala iqamətgahımızda qardaşlarımızla (Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Vaşinqtondakı səfirləri) birlikdə xoş gəldin dedik. Tək millət, iki dövlət", - səfir qeyd edib.
Qeyd edək ki, Sedat Önal daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Türkiyənin BMT-dəki daimi nümayəndəsi ABŞ-də səfir təyin olunub
Azərbaycan səfiri Türkiyə xalqına başsağlığı verib
Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
ABŞ səfiri Milad bayramını qeyd edən insanları təbrik edib
Səfir: "Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













