Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.
“Sizinxeber.az”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
“Bu (sülhməramlıların çıxarılması - red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlılar üçün heç bir funksiya qalmayıb”, - Peskov deyib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib.
Oxşar xəbərlər
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqor Korotçenko: “Bakının Qranadadakı görüşdə iştirakdan imtinası mövcud siyasi reallıqlara uyğundur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Şimali Koreyaya səfərə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












