Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Nyu-Yorkda təhsil alan tələbələrlə görüşüb
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan-Amerika Gənclər Federasiyasının (“Azerbaijani-American Youth Federation”) üzvləri, tələbələrlə görüşüb.
"Report"un ABŞ bürosunun məlumatına görə, görüş BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutub.
Görüşdə Nyu-Yorkda təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib.
T.Musayev gənclərə Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasının tarixçəsini izah edib. Bildirib ki, 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul edilməsi ilə bağlı qətnamə qəbul olunub. Bununla əlaqədar olaraq, BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı ucaldılıb, mayın 6-dan etibarən isə ölkəmizin Daimi Nümayəndəliyi fəaliyyətə başlayıb.
Diplomat ilk gündən etibarən, Azərbaycanın BMT platformasında Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, həmçinin münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səy göstərildiyini vurğulayıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi qətnamələr barədə məlumat verib.
Daimi nümayəndə Azərbaycan Respublikasının BMT-nin müxtəlif proqramları ilə səmərəli əməkdaşlığından, ölkəmizin BMT-yə verdiyi töhfələr və bu günə qədər həyata keçirilən işlər barəsində də gənclərə geniş məlumat verib.
Sonda, T.Musayev tələbələrin maraqlandığı suallara aydınlıq gətirib.
Görüşdə iştirak edən gənclər öz növbələrində səfirlə təklif və fikirlərini bölüşüblər.
Daha sonra tələbələr üçün BMT-nin qərargahında qısa tur təşkil olunub.
Oxşar xəbərlər
Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb
Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb
Çinin BMT-dəki daimi nümayəndəsi vəzifəsini tərk edəcək
Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq
Azərbaycanla BMT arasında iqlim dəyişikliyinin təsirləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
-
Esvatini kralı: "Bakı zəngin tarixi irsi, innovasiya və tərəqqini uğurla birləşdirən unikal şəhər nümunəsidir"
-
Aleksey Kuleba: "Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına təşəkkür edirəm"
